“İquayna vaxt lazımdır, amma bu, bizdə yoxdur” – Sarri

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri, Qonsalo İquaynla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 31 yaşlı futbolçunun Premyer Liqaya uyğunlaşması ilə bağlı danışıb:

“İquayn uyğunlaşmağın çətin olduğunu deyir, çünki İngiltərədəki müdafiəçilər fiziki cəhətdən çox güclüdür. Burda hakimlər İtaliyada olduğu kimi çalışmırlar. Qonsaloya bura uyğunlaşmaq üçün vaxt lazımdır, amma bu, bizdə yoxdur. Qarşıdakı iki ayda ən yaxşı oyunumuzu göstərməliyik”.

Mövsümün ilk hissəsini “Milan”da keçirən argentinalı futbolçu, qış fasiləsi dövründə “zadəganlar”a transfer olunmuşdu. O, “Çelsi”də keçirdiyi 8 Premyer Liqa oyununda 3 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button