İquayn karyerasını bitirdi – FOTO
“İnter Mayami”nin argentinalı hücumçusu Qonsalo İquayn karyerasında son matçına çıxıb.
Komanda.az xəbər verir ki, oktyabrın 18-də MLS kubokunun pley-off mərhələsində “İnter Mayami” “Nyu York Siti” komandasına 0:3 hesabı ilə məğlub olub. Argentina millisinin 34 yaşlı keçmiş futbolçusu üçün bu qarşılaşma peşəkar karyerasında sonuncu olub.
Liqanın “tvitter” hesabında İquaynın karyerasını bitirməsinə görə ağladığını əks etdirən fotolar və videolar yerləşdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin