İquayn İngiltərə klubu ilə razılığa gəldi

“Milan”ın argentinalı futbolçusu Qonsalo İquayn karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, “Çelsi” İtaliya klubunda xoşbəxt olmadığı deyilən hücumçu ilə danışıqlara başlayıb. Yenidən keçmiş baş məşqçisi Mauritsio Sarrinin rəhbərliyi altında oynamağa müsbət yanaşan İquaynın, “zadəganlar”dan gələn təklifi qəbul etdiyi deyilir.

“Çelsi”nin transferi tez bir zamanda həll etmək istədiyi, “Milan” və futbolçunun müqavilə ilə məxsus olduğu “Yuventus” klubu ilə yaxın zamanda danışıqlara başlayacağı deyilir.

İquayn Sarrinin rəhbərliyi altında “Napoli”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button