İquayn atasını səhv çıxardı

MLS-də mübarizə aparan “İnter Mayami”nin hücumçusu Qonsalo İquayn mövsümün sonunda karyerasını bitirmək fikrində deyil.

Komanda.az “Fox Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu, atasının onun mövsümün sonunda karyerasını bitirəcəyi haqda mətbuata səhv məlumat verdiyini bildirib:

“Atamla bağlı yaranan məsələ anlaşılmazlıq idi. Karyeramı bitirmək barədə heç vaxt danışmamışam. Atam səhv deyib. Bəzən belə olur. Amma bu sözlərin reallıqla heç bir əlaqəsi yoxdur. Mən bütün diqqətimi klubuma və müqavilənin yerinə yetirilməsinə yönəltmişəm”.

İquayn karyerası ərzində “Juventus”, “Real”, “Napoli”, “Milan”, Çelsi” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button