
Tudorla bağlı qeyri-müəyyənlik var
“Yuventus”un baş məşqçisi İqor Tudorun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.
Xorvatiyalı mütəxəssis martda komandanın “sükanı arxasına” keçib və UEFA Çempionlar Liqasına çıxdıqdan sonra müqaviləsinin avtomatik uzadılması bəndi işə düşüb. Bununla belə, “Yuventus”un yaxın zamanda baş məşqçi postunda dəyişiklik etməsi istisna olunmur.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Tudorun Turin klubunda fəaliyyətini davam etdirməsi real görünmür. Onun yerinə yeni baş məşqçi təyinatı gözlənilir.
47 yaşlı mütəxəssisə A Seriyasının digər təmsilçisi – “Atalanta” maraq göstərir. Klub hazırda “Roma”ya keçməyə yaxın olan Can Pyero Qasperininin yerinə yeni çalışdırıcı axtarır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



