İnzaqinin yeni iş yeri bəlli oldu
Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu, son olaraq “Breşiya”nın baş məşqçisi postunda çalışmış Filippo İnzaqinin yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra İtaliya B Seriyasında mübarizə aparan “Recina”nı çalışdıracaq. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
İnzaqi geridə qalan mövsümdə “Breşiya”nın baş məşqçisi olub. O, daha öncə “Milan”, “Venesiya”, “Bolonya” və “Benevento”ya da rəhbərlik edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin