İnzaqinin müqaviləsi uzadılacaq, maaşı artırılacaq
“İnter” rəhbərliyi baş məşqçi Simone İnzaqinin işindən razıdır
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi müqavilənin uzadılması üçün İnzaqi ilə danışıqlar aparır. “İnter” İnzaqi ilə 2024-cü ilin yayına qədər hesablanmış, daha bir mövsüm uzatma ehtimalı ilə yeni müqavilə imzalamaq istəyir.
Həmçinin, Milan klubu baş məşqçinin maaşını 4,2 milyon avrodan 5,3 milyona yüksəltməyə hazırdır.
“İnter” A Seriyasının turnir cədvəlində lider “Milan”dan 2 xal geri qalaraq 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin