
İnzaqinin maaşı artırılacaq
“İnter”in baş məşqçisi Simone İnzaqi komandadakı fəaliyyətini uzun zaman davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi ilə 48 yaşlı çalışdırıcı arasında yeni müqavilə üzrə danışıqlar yekun mərhələyə çatıb.
Sözləşmənin müddətinin 2027-ci ilə qədər uzadılması və İnzaqinin maaşının artırılması nəzərdə tutulur.
İtaliyalı mütəxəssis 2021-ci ilin yayından “İnter”i çalışdırır və hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatacaq. Onun komandası bu mövsüm UEFA Çempionlar Liqasında finala yüksəlib. Final oyunu mayın 31-də keçiriləcək və “İnter” PSJ ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



