İnzaqinin “İnter”dəki hədəfi
“İnter”in baş məşqçisi Simone İnzaqi uzunmüddətli hədəfindən danışıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında məqsədinin daha uzun illər “İnter”də çalışmaq olduğunu bildirib:
“Uzun illər “İnter”də qalacammı? Mənim istədiyim budur. Burada özümü yüksək qiymətləndirilmiş hiss edirəm. Məqsədim daha uzun illər “İnter”də çalışmaqdır”.
İnzaqi 2021-ci ildən Milan komandasına rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir, ancaq klub rəhbərliyi anlaşmanı uzatmaqda maraqlıdır.
“İnter” hazırda İtaliya A Seriyasının turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ehtiyatda 2 oyunu olan milanlılar lider “Atalanta”dan 6 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin