“İnzaqini qovmağın vaxtıdır!”

İtaliya millisinin keçmiş futbolçusu Antonio Kassano ölkə kubokunun “Yuventus” – “İnter” matçı haqda danışıb.

Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, o, “neradzurra”nın “sükanı arxasında” olan Simone İnzaqidən söz açıb:

“Yuventus” və “İnter” İtaliya A Seriyasının sonuncu turunda matçları çox pis keçiriblər. Turin klubu haqsız qələbə qazandı. “İnter” isə əsl fəlakətdir.

Milan təmsilçisinin oyunçular bəzən çox çılğın hərəkətlər edirlər. Məncə, onlar “Fiorentina qarşısında məğlubiyyətə layiq deyildilər (0:1).

İnzaqini qovmağın vaxtıdır! Ondan yaxa qurtarmaq lazımdır ki, klub irəliyə doğru addım ata bilsin”.

İtaliya kubokunun yarımfinal mərhələsinin “Yuventus” – “İnter” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button