İnzaqidən erməni futbolçu ilə bağlı açıqlama
“İnter”in baş məşqçisi Simone İnzaqi yarımmüdafiəçi Henrix Mxitaryan haqda fikirlərini bölüşüb. O, erməni futbolçunun Çempionlar Liqasının “Mançester Siti” ilə final matçına hazır olduğunu deyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Mxitaryanın zədəsini bərpa etdiyini açıqlayıb:
“Zədəsini sağaldıb və matça hazırdır. Bizim əla komandamız var”.
Xatırladaq ki, qitənin bir nömrəli klub turnirinin həlledici qarşılaşması bu gün, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin