İnzaqi: “Son dövrlərin ən vacib matçını geridə qoyduq”
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 37-ci turunun “Atalanta” ilə matçını (3:2) şərh edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, çox razı və xoşbəxt olduğunu bildirib. Eyni zamanda, İnzaqi, aqressiv oynamağın vacibliyini diqqətə çatdırıb:
“Çox razı və xoşbəxtəm. Son dövrlərin ən vacib matçını geridə qoyduq. Aqressiv oynamaq çox vacibdir. İstirahət etmək lazımdır. Enerjimizi bərpa etməliyik.
Ümid edirəm ki, Çempionlar Liqasının final matçında bütün futbolçularım hazır olacaq. Növbəti həftə Milan Skrinyarın məşqlərə qayıdıb-qayıtmayacağı bəlli olacaq. Danilo Dambrosionun da bir az problemi var idi”.
“İnter” hazırda İtaliya çempionatının turnir cədvəlində 69 xalla 2-ci, Berqamo təmsilçisi isə 61 xalla 5-ci pillədə qərarlaşıb.
“Neradzurra” sonuncu turda “Torino” ilə səfər matçına yollanacaq, “Atalanta” isə “Montsa” ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin