İnzaqi: “Sançesi daha tez əvəzləmədiyim üçün peşman deyiləm”

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, İnzaqi, çox təəssüfləndiyini deyib:

“Əlbəttə, çox təəssüflənirik. 1/8 finalda bütün gücümüzü göstərmək istəyirdik. Püşk bizi “Mançester Siti” və “Bayern”lə birlikdə Avropanın ən yaxşı komandalarından olan “Liverpul”la bir araya gətirdi. Və biz rəqibimizlə başabaş mübarizə apardıq.

Aleksis Sançesin meydandan qovulması bizim üçün ən uyğun olmayan anda baş verdi: biz hücuma keçirdik, rəqib isə müdafiə olunurdu.

Sançesi daha tez əvəzləmədiyim üçün peşman deyiləm. O meydanda mənə lazım idi”.

“İnter” ilk oyunda “Liverpul”a 0:2 hesabı ilə uduzduğundan, Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button