İnzaqi: “Xoşbəxtlikdən, mənim yaxşı oyunçularım var”

“İnter”in baş məşqçisi Simone İnzaqi qarşıdakı ildə komandadan gözləntiləri haqda danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı xoşbəxtlikdən, yaxşı oyunçularının olduğunu bildirib:

“Biz bilirik ki, biz “İnter”ik, məqsədlərimiz var və bunları bəyan etmək düzgündür. Yanvar və fevralda davamlı olaraq matçlar keçirməli olacağıq, bu da ciddi fədakarlıq tələb edir. Amma xoşbəxtlikdən, mənim yaxşı oyunçularım var ki, onlar istənilən şəraitdə – həm oyunun bütün 90 dəqiqəsi ərzində, həm də əvəzedici kimi meydana çıxdıqdan sonra hər şeyi verməyə hazırdırlar. Bu, vacibdir”.

“İnter” A Seriyasında çempionluq yarışında favorit sayılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button