“İnter”də İnzaqi ilə bağlı qərar verildi

“İnter” baş məşqçi Simone İnzaqini istefaya göndərməyəcək.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, sentyabrın 22-də Milan klubunun rəhbərləri ilə 46 yaşlı italiyalı məşqçi arasında komandanın hazırkı böhrandan necə çıxacağı müzakirə olunub.

Rəhbərliyin baş məqşçiyə güvəndiyi qeyd olunub. Onlar əmindirlər ki, heyət güclü olduğundan, komanda ötən mövsümdə olduğu kimi, nəticə əldə edə, ya da daha yaxşı çıxış edə biləcək. Eyni zamanda, İnzaqi yaranmış problemləri həll etmək üçün uyğun məşqçi hesab olunur.

A Seriyasının 7 turundan sonra “İnter” 12 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button