Daha yaxşı şərtlərlə – yeni müqavilə

“İnter”in baş məşqçisi Simone İnzaqi yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb. 46 yaşlı baş məşqçinin hazırkı müqaviləsi 2024-cü ilə qədər uzadılacaq. Məlumatda, onun klubdakı maaşının 4 milyon avrodan 5,5 milyon avroya yüksələcəyi bildirilir.

İnzaqi 2021-ci ilin yayında “Latsio”dan “İnter”in baş məşqçisi postuna keçib. O, “İnter”lə superkuboku və İtaliya kubokunu qazanıb.

46 yaşlı italiyalı çalışdırıcının “İnter”lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button