İnzaqi “İnter”in tarixinə düşüb
“İnter” Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Milan”ı məğlub edib (1:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç “neradzurra”nın çalışdırıcısı Simone İnzaqi üçün əlamətdar olub. O, “İnter”i Çempionlar Liqasının finalına çıxaran ikinci italiyalı baş məşqçi kimi tarixə düşüb.
Öncədən bunu 1972-ci ildə təşkil edilən avrokubok matçının finalında “İnter”in “sükanı arxasında” olan Covanni İnvernizzi bacarmışdı. Həmin qarşılaşmada Milan təmsilçisi “Ayaks”ı 2:0 hesabı ilə məğlub etmişdi. Yohan Kroyff həmin görüşdə dubla imza atmışdı.
İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.
Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.
Bizi Facebook-da izləyin