İnzaqi “İnter”lə razılığa gələ bilmir
“İnter” baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar.
Belə ki, klub rəhbərliyi mütəxəssisə 2026-cı ilə qədər olan müqavilə təklif etsə də, o, 2027-ci ilə qədər razılaşmada israrlıdır. Yaxın vaxtlarda məşqçi və klub nümayəndələrinin danışıqların yeni mərhələsinə keçəcəyi gözlənilir.
İnzaqinin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin