İnzaqi Səudiyyə Ərəbistanı klubuna “yox” deyib

Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini rədd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” 49 yaşlı mütəxəssisi baş məşqçi postuna gətirməkdə maraqlı idi. Klub prezidenti bu məqsədlə şəxsən Milana gələrək, İnzaqi ilə görüşüb. Ancaq tərəflər ortaq məxrəcə gələ bilməyib.

İnzaqi hazırda “İnter”də xoşbəxt olduğunu bildirib və klubda qalmaq niyyətindədir. Hazırda o, diqqətini A Seriyasının son turuna və UEFA Çempionlar Liqasının finalına yönəldib.

“İnter” hazırda İtaliya çempionatında 37 turdan sonra 78 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Napoli”dən cəmi 1 xal geridə qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button