İnzaqi: “Dörd oyunda qol vurmasaz, bu, manşetlərə çevriləcək”
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya kubokunun yarımfinal mərhələsinin “Milan”la ilk oyunundan (0:0) sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İnzaqi, “İnter”in 403 dəqiqəlik qolsuzluq seriyasına da toxunub:
“Başa düşürəm ki, dörd oyunda qol vurmasaz, bu, manşetlərə çevriləcək. Lakin biz bunun üzərində işləyirik. Bacarıqlı hücumçularımız var, onlar hələ də optimal formalarını yığırlar.
Noyabr, dekabr və yanvar aylarında o qədər intensiv çıxış etdik ki, istər-istəməz psixoloji boşluğa düşdük”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin