
İnzaqi: “Bu komanda ilə çox şanslıyam”
“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə qalib gəldikləri ilk oyun (2:1) haqda fikirlərini açıqlayıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis komandaya təşəkkür etməli olduğunu bildirib:
“Uşaqlara təşəkkür etməliyəm. Onlar bu gün hər şeyi verdilər. Konkret oyunçuları ayırmaq ədalətsizlik olardı. Lautaro Martines və Barella kimi hər kəs da əla idi. Bu komanda ilə çox şanslıyam. Hər kəs çətinliklərə baxmayaraq, “İnter”in şərəfi üçün fədakardır və mübarizə aparır”.
Milan komandası Münhendə Lautaro Martineslə Davide Frattesinin 38 və 88-ci dəqiqələrdə vurduğu qollar sayəsində üstün olub. 85-ci dəqiqədə isə Tomas Müller meydan sahiblərinin qolunu vurub.
Bizi Facebook-da izləyin



