“İnter”in prezidenti: “İnzaqi bütün tərifləri haqq edir”

“İnter”in prezidenti Cüzeppe Marotta baş məşqçi Simone İnzaqinin komandasının UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”ya qarşı oyundakı çıxışını yüksək qiymətləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İnzaqinin komanda üçün nə qədər vacib olduğunu vurğulayıb:

“O, bir daha özünü əla tərəfdən göstərdi, bütün tərifləri haqq edir. İnzaqi bizim uzunmüddətli modelimizin ayrılmaz hissəsidir”.

“İnter” yarımfinalın cavab oyununda “Barselona”ya 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib. Milan təmsilçisi əvvəlcə hesabda 2:0 öndə olsa da, 2:3 geri düşüb. Komanda 93-cü dəqiqədə hesabı bərabərləşdirib və əlavə vaxtda qələbə qolunu vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button