İnzaqi: “Bu, heyrətamiz hissdir”

“İnter”in baş məşqçisi Simone İnzaqi 2023/24 mövsümü üçün İtaliya çempionatında qazanılan erkən çempionluqdan sonra emosiyalarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunun heyrətamiz hiss olduğunu bildirib:

“Bu, heyrətamiz hissdir. Mövsüm ərzində çoxlu qəhrəmanlarımız olub və bu fikirlərim oyunçulara, klub prezidentinə və ailəmə aiddir. Dəfələrlə komandadakı işi evə aparırdım, amma başqa cür edə bilməzdim”.

Aprelin 22-də İtaliya A Seriyasının 33-cü turunun mərkəzi qarşılaşmasında “Milan” və “İnter” üz-üzə gəlib. Matç “İnter”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “İnter” vaxtından əvvəl 2023/24 mövsümündə İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button