“Uduzmağa öyrəşməmişik, indi çox məyus olduq” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Atletiko”ya (1:2, pen – 2:3) məğlubiyyəti şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyunboyu çoxlu səhvlərə yol verdiklərini söyləyib:

“Biz bütün “İnter” ailəsi olaraq məyus olduq. Bu Çempionlar Liqasında etdiklərimizlə fəxr etməliyik. Ancaq ikinci hissədə fərqli nəticə əldə etmək üçün bu gün daha yaxşı çıxış etməli idik. Əlavə vaxtda daha çox enerjimiz var idi, amma təəssüf ki, çoxlu səhvlərə yol verdik və başqa cür oynaya bilmədik.

Oyun bizim əlimizdə idi, amma “Atletiko” tez bir zamanda daha çox enerji və inamla qayıtdı. Uduzmağa öyrəşməmişik, indi çox məyus olduq. Hamımız başa düşürük ki, kiçik detallar bu səviyyədə bütün fərqi yarada bilər və hər şey ola bilər. Bununla belə, futbolçularıma qarşı heç bir iddia irəli sürə bilmərəm. Onlar əllərindən gələni etdilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button