
İnzaqi: “Barselona” ilə böyük oyuna hazırıq”
“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”ya qarşı cavab oyunu öncəsi rəqib komanda haqda fikirlərini bölüşüb.
Komanda.az Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Barselona”nın eyni komanda ilə meydana çıxacağını gözləyirsiz, yoxsa fərqli yanaşma olacaq” sualını italiyalı mütəxəssis belə cavablandırıb:
“Onlar orta hesabla topa 80 faiz sahib olurlar. Keyfiyyətlərini yaxşı bilirik və anlayırıq ki, müdafiədə müəyyən risklərə gedirlər. Yaxşı baş məşqçiləri var və artıq iki kubok qazanıblar. Biz böyük oyuna hazırıq.”
O, bu gün keçiriləcək oyuna inamla bağlı sualı isə belə cavablayıb:
“Məsələn, dünənki məşqimiz mənə inam verdi. İlk matçdan sonra “Verona” ilə də oynadıq. Komanda tam gücü ilə çalışdı və hər zaman hazırdır. Futbolçulara irad tuta bilmərəm”.
Tərəflər arasında qarşılaşma bu gün keçiriləcək. İlk oyun 3:3 hesabı ilə başa çatıb.
Bizi Facebook-da izləyin



