İnzaqi: “Ağrılı məğlubiyyət oldu”

“İnter”in baş məşqçisi Simone İnzaqi “Milan”la İtaliya superkubokunun finalındakı oyundan (2:3) sonra açıqlama verib.

Komanda.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı axmaq səhvlərə yol verdiklərini bildirib:

“0:2 hesabı ilə uduzduğu zaman təslim olmayan “Milan”ı təbrik etməliyik. İlk qolu buraxanda axmaq səhvə yol verdik və sonra 3:1 öndə olmaq üçün bir neçə şansımız oldu, ancaq Mayk Menyan bir neçə gözəl seyv etdi. Ağrılı məğlubiyyət oldu, amma belə hallar həmişə olub və komanda sonradan özünə gəlib”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button