Anri: “İnzaqi açıq-aşkar dahidir”

“Arsenal”ın və “Barselona”nın sabiq hücumçusu Tyerri Anri Simone İnzaqinin “İnter”dəki işini yüksək qiymətləndirib.

Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, o, italiyalı mütəxəssisin çox yaxşı məşqçi olduğunu qeyd edib:

“Mən heç vaxt mərkəz müdafiəçisinin mərkəz müdafiəçisinə ötürməsini görməmişəm və onlar bunu keçən həftə sonu etdilər. Mən heç vaxt belə bir şey görməmişdim. İnzaqi açıq-aşkar dahidir”.

Martın 13-də “İnter” Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə cavab oyununda 1:2 hesabı ilə uduzaraq, turnirdən kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button