İnyestanın vida sözləri

İspaniyalı yarımmüdafiəçi Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubunun heyətində son oyununu keçirib. 39 yaşlı futbolçu “Hokkaydo Consadole Sapporo” ilə oyunda (1:1) start heyətində yer alıb. O, görüşün 56-cı dəqiqəsində əvəzlənib.

Komanda.az xəbər verir ki, İnyesta matçdan sonra sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb:

“Bütün sevgiyə görə minnətdaram, bu gözəl bir şey idi. Bu unudulmaz anlar üçün hamınıza təşəkkür edirəm. Əbədi minnətdarlıq!”

İnyesta Yaponiya klubunda beş il yarım forma geyinib.

İspan futbolçu karyerasını bitirmək fikrində deyil. Deyilənə görə, o, karyerasını Avropa və ya Cənubi Amerikada davam etdirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button