İnyesta: “Sanki içimdə iki fərqli insan yaşayırdı”

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta karyerası ərzində yaşadığı psixoloji çətinliklərdən danışıb.

Komanda.az “El Pais”-ə istinadən xəbər verir ki, o, depressiya ilə mübarizəsini səmimi şəkildə etiraf edib:

“Yalnız öz təcrübəmdən danışa bilərəm. Elə vaxtlar olub ki, depressiyadan əziyyət çəkdiyim üçün məşqləri yarımçıq tərk edirdim. Komanda yoldaşlarım bunu anlayırdı. Sanki içimdə iki fərqli insan yaşayırdı. Xoşbəxtlikdən, futbol qalib gəldi. Futbol hər zaman qalib gəlsin!”

İnyesta karyerasının böyük hissəsini “Barselona”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button