İnyesta Xavinin işi haqda: “Kənardan hər şey başqa cür görünür”

“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta keçmiş komanda yoldaşı Xavinin baş məşqçi kimi işindən danışıb.

Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, İnyesta, Xavinin baş məşqçi postuna keçməsindən sonra “Barselona”nın inkişaf etdiyini deyib:

“Komandanın içində olmayanda kənardan hər şey başqa cür görünür. Xavi “Barselona”ya keçdikdən sonra komanda inkişaf edib və hazırkı heyəti yaxşıdır. Bununla belə, baş verə biləcək şeylər var. Məsələn, bəzi şeylər Çempionlar Liqasındakı nəticə ilə müəyyən edilir”.

42 yaşlı Xavi 2021-ci ilin noyabrında “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda iki dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksələ bilməyib və ötən mövsüm İspaniya çempionatında ikinci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button