İnyesta Xavi haqda: “Oyun üslubu möhtəşəmdir”
“Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta keçmiş komanda yoldaşı Xavinin Kataloniya təmsilçisinin çalışdırıcısı kimi fəaliyyətini dəyərləndirib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, o, komandanın irəliləyiş əldə etdiyini bildirib:
“Barselona”da işləməyin çətinliyini başa düşürəm. Orada məşqçinin üzərinə çox iş düşür. Yüksək ustalıq səviyyəsini qoruyub saxlamaq hər zaman çətindir.
Məncə, Xavi kluba təyinat aldıqdan sonra olan irəliləyiş göz qabağındadır. Onun oyun üslubu möhtəşəmdir. Ümid edirəm ki, bu mövsüm onlar İspaniya çempionu olacaqlar. Gələn mövsüm isə bütün kuboklar uğrunda mübarizə apara biləcəklər”.
İspaniya milli komandasının keçmiş üzvü 2002-2018-ci illərdə “Barsa”da çıxış edib. Hazırda o, Yaponiyanın “Vissel Kobe” klubunda forma geyinir.
Bizi Facebook-da izləyin