
İnyesta “Barselona”nın mövsümü üç kubokla bitirəcəyinə şübhə edir
“Barselona”nın sabiq futbolçusu Andres İnyesta Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın bu mövsüm trebl (üç kubok) qazanmaq şansları ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı keçmiş oyunçu üç turniri birdən qazanmağın çətin olacağını söyləyib:
“Komanda İspaniya çempionatının lideridir, kral kubokunun finalında favorit hesab olunur, həmçinin UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib. Üç turniri birdən qazanmaq çətin olacaq. Qarşıdakı oyunlarda çox şey həll olunacaq”.
“Barselona” İspaniya çempionatının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb və ikinci yerdəki “Real”ı 7 xal (madridlilər bir oyun az keçirib) qabaqlayır. Kataloniyalılar ölkə kubokunun finalında da “Real”la qarşılaşacaqlar.
Hans-Diter Flikin komandası Çempionlar Liqasında isə finala yüksəlmək uğrunda “İnter”lə mübarizə aparacaq.
Bizi Facebook-da izləyin