İnyesta “qızıl top” haqda: “Layiqli mükafat oldu”
İspaniya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta həmyerlisi Rodri Hernandesin 2024-cü ildə “qızıl top” nominasiyasında qalib gəlməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, ispaniyalı keçmiş futbolçu sosial şəbəkə hesabındakı paylaşımında Rodrini təbrik edib:
“Rodri, təbrik edirəm. Layiqli mükafat oldu”.
“Qızıl top” mərasimi oktyabrın 28-də Parisdə keçirilib. Rodri karyerasında ilk dəfə olaraq bu mükafatı qazanıb. İkinci yeri “Real”in braziliyalı hücumçusu Vinisius Junior tutub. İlk beşlikdə yarımmüdafiəçi Çud Bellingem, müdafiəçi Dani Karvahal və hücumçu Erlinq Haland qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin