İnyesta klub alıb

“Barselona”nın sabiq futbolçusu Andres İnyestanın “Never Say Never” (NSN) şirkəti Danimarkanın “Helsinger” klubunu alıb.

Komanda.az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi bu barədə yerli “Sport TV2”-yə açıqlamasında bildirib.

O, klubu inkişaf etdirməyə və təkmilləşdirməyə çalışacağını söyləyib.

2005-ci ildə yaranan “Helsinger” klubu ev oyunlarını 4000-dən çox tamaşaçı tutumu olan “Helsinger” stadionunda keçirir. Hazırda ölkənin üçüncü divizionunda mübarizə aparan komanda 2017/18 mövsümündə Danimarka Super Liqasında çıxış edib.

Son olaraq Birləşmiş Ərəb Əmirliklərində “Emireyts”in formasını geyinən İnyesta ötən ay karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button