İnyesta: “Flik fantastik iş görür”
“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta Hans-Diter Flikin komandanın baş məşqçisi kimi gələcəyindən danışıb.
Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı sabiq futbolçu, Flikin uzun illər “Barselona”da qala biləcəyinə ümid edir:
“Ümid edirəm ki, Flik uzun illər “Barselona”da qalar, bu, kluba fayda verəcək. O, fantastik iş görür və bunu gələcəkdə də davam etdirəcək”.
59 yaşlı mütəxəssis bu yaydan “Barsa”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda 9 turdan sonra 24 xalla İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin