İnyesta BƏƏ klubuna keçəcək

“Barselona”nın sabiq futbolçusu Andres İnyesta karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, adı hələ açıqlanmayan klubun nümayəndələri hava limanında ispaniyalı futbolçunu qarşılayıblar.

39 yaşlı oyunçunun Əmirlik təmsilçisi ilə bir illik müqavilə imzalayacağı, sonra onun müddətini uzadacağı ilə bağlı xəbərlər yayılıb.

İnyesta iyulun 2-də “Vissel Kobe”ni (Yaponiya) tərk edib və azad agent statusu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button