
İspaniyalı futbolçu yayda “Barselona”dan ayrılacaq
“Barselona”nın qapıçısı İnyaki Penya yayda komandanı tərk edəcək.
Mövsüm ərzində əsas heyətdə yerini Voyçex Şesnıya uduzan ispaniyalı qolkiper Mark-Andre ter Ştegenin zədədən qayıtması ilə oyun praktikasından demək olar ki, məhrum olub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu qarşıdakı transfer dönəmində “Barselona”nı tərk edəcək.
O, əsasən xarici klublardan birinə keçmək niyyətindədir, baxmayaraq ki, La Liqa komandalarının da ona maraq göstərdiyi deyilir.
Penya cari mövsümdə “Barselona”nın heyətində 22 oyun keçirib, 25 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



