Canlı yayımda qeyri-etik söz işlədən futbolçu ilə bağlı qərar verildi

“Metz” Fransa çempionatının ikinci turunda “Marsel”lə üz-üzə gəlib (2:2). Həmin oyundan sonra “Metz”in yarımmüdafiəçi Kevin Ndoram jurnalistlərə açıqlama verərkən qeyri-etik söz işlədib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasının İntizam Komissiyası fransalı futbolçunun hərəkətinə qarşı qərar çıxarıb və açıqlama verib. Açıqlamada deyilir:

“Komissiya canlı yayım zamanı ictimaiyyət qarşısında işlətdiyi sözə görə üzr istəyən futbolçunun bir oyunluq cəzalanması ilə bağlı qərar qəbul edib”.

İntizam Komissiyası mövsüm ərzində bu kimi hallarla mübarizə aparacağını, maarifləndirmə işləri həyata keçirəcəyini bildirib.

Ndoram “Marsel”lə matçdan sonra verdiyi açıqlamada bunları deyib:

“İfadəm üçün üzr istəyirəm, lakin biz *** kimi mübarizə apardıq. Topla oynamaqdan qorxuruq”.

Kevin final fitindən dərhal sonra emosiyalara qapıldığını deyib və işlətdiyi sözlə görə üzr istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button