“İntiqam almağa və qalib gəlməyə çalışacağıq” – belaruslu futbolçu

Belarus millisinin futbolçusu Vladislav Klimoviç Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci tur oyunu barədə yerli mətbuata açıqlama verib.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu ilk turda 0:1 hesabı ilə uduzduqları Slovakiya ilə matçı unutmağa çalışdıqlarını bildirib:

“Vəziyyəti düzəltmək üçün qalib gəlmək lazımdır. Biz bunun üçün əlimizdən gələni edəcəyik.

Təbii ki, Slovakiyaya qalib gəlmək istəyirdik, amma alınmadı. Üzülməyə vaxt yoxdur, çünki qarşıda hələ beş matçımız var. Artıq iyunun 4-də Azərbaycanla qarşılaşmanın hazırlığına başlamışıq”.

Futbolçu ötən il Azərbaycan millisinə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşünü də xatırladıb:

“Həmin matçda öndə idik, amma sonradan iki qol buraxdıq. Amma artıq bu oyun unudulub. İndi tamam fərqli görüş olacaq. Bu, yoldaşlıq matçı idi, indi biz rəsmi oyunu gözləyirik. Heyətimiz yenilənib, yəqin ki, rəqibdə də belədir. İntiqam almağa və qalib gəlməyə çalışacağıq”.

Bu gün Serbiyadakı Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button