
ÇL: “İnter”ə qarşı oyunları səbirsizliklə gözləyirəm”
“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 1/8 finalında “Bayer” üzərində qələbədən sonra açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis ilk hissədə həmişəki kimi oynadıqlarını bildirib:
“Bu gün uşaqlar nə qədər qalib gəlmək istədiklərini bir daha göstərdilər. İlk hissədə həmişəki kimi oynadıq, fasilədən sonra yaxşı müdafiə olunduq, baxmayaraq ki, “Bayer”in meydanda çoxlu hücumameyilli oyunçuları var idi. “İnter”ə qarşı 1/4 final oyunlarını səbirsizliklə gözləyirəm, ancaq buna qədər hələ bir neçə liqa oyunumuz var”.
Münhen komandası “əczaçılar”ı iki oyunun nəticəsinə əsasən ümumi hesabda 5:0 hesabı ilə məğlub edib. Leverkuzendə keçirilən cavab matçında qonaqlar rəqibin qapısına iki cavabsız qol vurmağı bacarıb.
Bizi Facebook-da izləyin