“İnter”i Argentina millisinə bənzətdi
“İnter”in hücumçusu Lautaro Martines UEFA Çempionlar Liqasının yarımfinalının “Milan”la cavab görüşü barədə (1:0) fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, “neradzurra” ilə Argentina milli komandasının bir-birinə bənzədiyini bildirib:
“Hər iki matçda əla iş gördük. Güc komandaya məxsusdur. “İnter”lə Argentina millisi bir-birinə bənzəyir. Yığma ilə DÇ-2022-də iştirak etdiyim vaxt da oxşar hadisələr baş verirdi: komandada hər kəs birləşirdi və fürsətlərdən maksimum yararlanırdıq.
Hər dəfə meydançaya çıxanda komanda yoldaşlarıma kömək etməyə çalışıram. Çempionlar Liqasının finalına çıxmaq şansımızın olduğunu bilirdik. Tapşırığı dəqiq yerinə yetirdik”.
İki oyunun nəticəsinə əsasən, “İnter” “Milan” üzərində 3:0 hesablı qələbə qazanıb və adını finala yazdırıb.
Onların həlledici qarşılaşmadakı rəqibi bu gün, saat 23:00-da keçiriləcək “Mançester Siti” – “Real” (ilk görüş – 1:1) oyunundan sonra məlum olacaq.
Bizi Facebook-da izləyin