“İnter”lə “Milan” futbolçu dəyişir

İtaliyanın “İnter” klubu “Milan”ın futbolçusu ilə güclənməyə hazırlaşır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın 23 yaşlı yarımmüdafiəçisi Frank Kessi “İnter”ə transfer olunmağa yaxındır. “Neradzurra”nın baş məşqçisi Antonio Konte orta sahəyə Kessinin transfer olunmasını istəyir. Bunun qarşılığında “İnter” “Milan”a Matteo Politanonu təklif edib. Klublar arasında futbolçuların transferi üçün danışıqların başladığı bildirilir.

Kessinin “Milan”la müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 15 oyunda 1 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button