“İnter” “Yuventus”un keçmiş futbolçusu üçün hərəkətə keçir
İngiltərənin “Everton” klubunun hücumçusu Moyze Kin karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu “İnter”in maraq dairəsindədir. “Neradzurra” adı “Barselona” ilə yanaşı çəkilən Lautaro Martinesin boşluğunu doldurmaq üçün Kini transfer etməyə çalışacaq.
Keçən yay “Everton”a qatılan futbolçu, iştirak etdiyi 26 oyunda 1 qolla yadda qalıb. İtaliyalı futbolçu daha əvvəl ölkəsində “Yuventus”un şərəfini qoruyub. Onun təzminat məbləği 25 milyon avro olaraq dəyərləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin