“İnter”in yeni baş məşqçisi məlum oldu

“İnter”in yeni baş məşqçisi məlum olub.

Komanda.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Əslən rumın olan Kristian Kivu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalanıb.

O, 2025-ci ilin fevralından İtaliyanın “Parma” komandasına rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 16-cı yeri tutaraq növbəti mövsüm üçün İtaliya çempionatının yüksək divizionunda qalmağı bacarıb. Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.

Kivu futbolçu kimi 2007-2014-cü illərdə “İnter”də çıxış edib. Komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası dünya çempionatının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button