“İnter”in yeni baş məşqçisi onun satılmasını istəmir

“Atletiko” “İnter”in braziliyalı yarımmüdafiəçisi Karlos Auqustoya maraq göstərir.

Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” nəşri məlumat yayıb.

İtaliya təmsilçisi isə 26 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində deyil. Buna mane olan əsas amil komandanın yeni baş məşqçisidir. İyunda Simone İnzaqini əvəz edən Kristian Kivu “İnter”in “sükanı arxasına” keçib. Və o, futbolçunun satılmasını istəmir.

Auqusto son mövsümdə A Seriyasında 29 oyuna çıxaraq, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button