“İnter”in futbolçusu koronavirusa yoluxdu
İtaliyanın “İnter” klubunun futbolçusu Alessandro Bastoni koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, İtaliyanın U-21 millisinin heyətində olan futbolçunun koronavirus testi pozitiv nəticələnib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
21 yaşlı futbolçunun ilk test nəticəsi neqativ olsa da, növbəti test pozitiv olub. Onun millidən kənarlaşdırıldığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin