“İnter”in siyahısındakı 3 qapıçı

“İnter” qapıçı Andre Onana ilə yollarını ayıracağı təqdirdə üç namizədi nəzərdən keçirir.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Milan klubu “Bayern”in qapıçısı Yan Sommeri, həmçinin, “Tottenhem”in qapıçısı Uqo Lloris və ya “Nottingem Forest”dən icarədən PSJ-yə qayıdan Keylor Navası icarəyə götürə bilər.

Bundan əvvəl Onananın 50 milyon avro və bonuslar qarşılığında “Mançester Yunayted”ə keçə biləcəyi açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button