“İnter”in sahibləri Messini kluba gətirmək üçün çalışmalıdır”
“İnter”in keçmiş prezidenti Massimo Moratti “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın sabiq prezidenti, argentinalı futbolçunun “İnter”ə keçmə ehtimalı haqqında danışıb:
“Məncə, bu, mümkünsüz bir arzu deyil. Bəlkə də, pandemiyadan əvvəl bu belə deyildi, amma artıq onun “İnter”ə gəlməsi mümkündür. “İnter”in sahibləri Messini kluba gətirmək üçün çalışmalıdır. Messinin müqaviləsi başa çatır və əlbəttə, onu evə qaytarmaq üçün cəhd ediləcək. Hazırkı vəziyyətin nəyisə dəyişdirib-dəyişdirməyəcəyini bilmirəm, amma düşünürəm ki, mövsümün sonunda fərqli hadisələrin şahidi olacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin