Materatsi “Milan”a keçməyə qorxub
2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı zamanı Zinəddin Zidanla yaşadığı insidentlə daha da məşhurlaşan “İnter”in sabiq müdafiəçisi Marko Materatsi “Milan”ın futbolçusu ola bilərmiş.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı keçmiş oyunçu “Milan”a keçməyə cəsarət etmədiyini deyib:
“Belə söz-söhbətlər var idi və sonuncu dəfə 2006-cı ildə olmuşdu. Amma cəsarət etmədim və bu qərarı “İnter”də keçirdiyim 10 ildə ən yaxşısı hesab edirəm. O vaxt Roberto Mançininin rəhbərliyi altında həqiqətən də çox oynamırdım və qorxurdum ki, dünya çempionatı üçün milli komandaya çağırılmayacam. Yanvarda isə “Milan” variantı ortaya çıxdı. Bu barədə düşündüm, amma sonda getməməyə qərar verdim. Qalanını özünüz bilirsiz”.
Materatsi karyerasını 2014-cü ildə bitirib.
Bizi Facebook-da izləyin