Naqatomonun yeni klubu
“İnter”in sabiq futbolçusu Yuto Naqatomonun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Tokio” klubuna keçib. Bu barədə Yaponiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Naqatomo ilə 2 illik müqavilə imzalanıb.
Yapon müdafiəçi ötən mövsümü Fransanın “Marsel” klubunda keçirib.
Karyerası ərzində daha əvvəl İtaliyada “İnter”, “Çezena”, Türkiyədə “Qalatasaray” kimi klublarda da çıxış edən Naqatomo, Yaponiya yığmasında 127 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin